İnsanlara hürriyət, millətlərə istiqlal!

"Səbr etmək güclülərin seçimidir" - Cavidandan duyğusal paylaşım

Aktyor Cavidan Novruz sosial şəbəkədə etdiyi növbəti paylaşımı ilə izləyicilərinin diqqətini cəlb edib. Sənətçi bu dəfə insanın daxili gücü, səbr və iradəsi ilə bağlı düşündürücü fikirlərini bölüşüb.

Musavat.com xəbər verir ki, Cavidan Novruz paylaşımında müasir dövrdə insanların tez-tez emosiyalara qapıldığını, lakin həqiqi gücün məhz çətin anlarda özünü idarə edə bilməkdən keçdiyini vurğulayıb.

Onun sözlərinə görə, insanın xarakteri və gücü əsəbi və ya çətin vəziyyətlərdə verdiyi reaksiyalarla ölçülür.

Aktyor bildirib ki, səbr heç də zəiflik və ya acizlik əlaməti deyil. Əksinə, bu xüsusiyyət insanın daxili gücünün, iradəsinin və həyat qarşısında möhkəm dayanma bacarığının göstəricisidir.

Cavidan Novruz paylaşımında bunları yazıb:

"İnsanın əsl gücü səsini yüksəltdiyi anda deyil, səbrini itirmədən doğru bildiyi yolda davam etdiyi anda üzə çıxır. Çünki səbr, zəiflərin məcburiyyəti deyil, güclülərin seçimidir".

Sənətçinin paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. İzləyicilər onun fikirlərini dəstəkləyən çoxsaylı rəylər yazaraq, səbr və təmkinin insan həyatında vacib rol oynadığını qeyd ediblər.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

03 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR