Onlayn ictimai-siyasi qəzet
Almaniyada seçki kampaniyası gözlənilməz istiqamət alıb və siyasi mübarizə artıq təkcə proqramlar üzərindən deyil, dillər üzərindən də aparılır.
Musavat.com xəbər verir ki, bir sıra siyasi partiyalar, xüsusilə sol yönümlü qüvvələr miqrant seçicilərə çatmaq üçün təşviqat materiallarını türkcə və ərəbcə yaymağa başlayıb. Partiya lideri Jan van Aken sosial şəbəkələrdə həmin dillərdə videomüraciətlər paylaşır.
Onun sözlərinə görə, illərlə Almaniyada yaşayan bir çox insan özünü cəmiyyət tərəfindən görünməz hesab edir və ana dilində müraciət hörmətin göstəricisidir.
Müşahidəçilər bildirir ki, bu addım ölkədə seçki texnologiyalarının dəyişdiyini göstərir. Artıq partiyalar klassik seçici modelindən uzaqlaşaraq etnik və sosial qruplara uyğun kampaniyalar qurur. Bir çox kiv-lər hesab edir ki, milyonlarla türk və ərəb mənşəli seçici Almaniyada seçkilərin nəticəsinə real təsir göstərə biləcək gücə çevrilib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ