İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH Küveytdə hoteli VURDU - VİDEO

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən bir hotelə zərbə endirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, zərbə endirilən binada ABŞ hərbçiləri yerləşdirilib.

İran tərəfi həmin obyektin hərbi məqsədlərlə istifadə olunduğunu iddia edir.

Hələlik Küveyt rəsmiləri və ABŞ tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. 

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda bölgədə ABŞ hərbçilərinin yerləşdiyi bir sıra obyektlərin hədəfə alındığı barədə məlumatlar yayılır. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR