Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın Ermənistana mümkün təzyiqləri ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Simonyan Rusiyanın təzyiq cəhdlərini davam etdirəcəyini düşündüyünü bildirib.
“Düşünürəm ki, onlar bizə təzyiq göstərməyə davam etməyə çalışacaqlar. Bu isə əslində yaxşı deyil. Mən bunu etməyi məsləhət görmürəm, çünki bu, Ermənistanın qardaş xalqında əks reaksiya doğuracaq. Biz ölkənin azadlığını çiyələyə dəyişməyəcəyik. Azadlığın qiyməti çiyələk, badımcan və ya xiyar ola bilməz”, - deyə o qeyd edib.
Simonyanın sözlərinə görə, Rusiyanın əvvəlki addımları da gözlənilən nəticəni verməyib:
“Rusiya tərəfindən atılan addımlar əks reaksiya doğurdu. Əksinə, bu, cəmiyyəti mövcud hakimiyyət ətrafında daha da birləşdirdi. Amma görünür, onlar bunu başa düşmədilər”.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ