Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Qaziantep şəhərində keçirilən əməliyyat zamanı diqqətçəkən və nadir hesab olunan artefakt aşkarlanıb.
Musavat.com xəbər verir ki, polis əməkdaşları tərəfindən saxlanılan şübhəlinin üzərində və avtomobilində aparılan axtarış zamanı 2 metr uzunluğunda piton dərisinə işlənmiş, ibrani dilində qızıl yazılı kitab tapılıb.
Məlumata görə, kitab rulon formasında saxlanılıb və onun qorunması üçün xüsusi hazırlanmış, üzəri naxışlı mis qapaqlı qabdan istifadə olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ