İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İsrail XİN başçısı Bakıdan İrana səsləndi

Azərbaycana 40 nəfərlik heyətlə gəlmişik. Biz Azərbaycana investisiya yatırmaq istəyirik. Azərbaycan etibarlı ölkədir və tərəfdaşdır.

Musavat.com xəbər verir, bunu İsrailin xarici işlər naziri Gideon Saar mətbuat konfransında bildirib.

İsrai XİN başçısı İranla bağlı danışarkən deyib ki, regionun təhlükəsizliyi üçün lazımi tədbirlər görülməlidir:

“İran öz xalqına qarşı repressiya keçirir. Öz xalqına belə davranan rejimə kütləvi qırğın silahı əldə etməyə imkan vermək olmaz”.

Gideon Saar eyni zamanda ölkəmizi Ermənistanla əldə olunan sülh prosesi münasibətilə təbrik edib:

“İsrail Prezident İlham Əliyevə dost münasibətinə görə təşəkkür edir. Cənab nazir Ceyhun Bayramova da dostyana münasibətinə görə təşəkkür edirəm və sizi İsrailə səfərə dəvət edirəm”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR