Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Kinematoqrafçılar İttifaqı Xalq artisti Rasim Balayevin vəfat etdiyini təsdiqəyib.
İttifaqın katibi Əli İsa Cabbarov Musavat.com-a açıqlamasında bildirib ki, aktyor bu gün, bir saat öncə Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib:
“Rasim Balayevin vəziyyəti ağırlaşmışdı, reanimasiyaya yerləşdirilmişdi. Bu gün vəfat edib”.
Şahanə Rəhimli,
Musavat.com
***
Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.
Musavat.com Bakupost.az-a istinadla xəbər verir ki, tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ