Onlayn ictimai-siyasi qəzet
Fevralın 8-i axşam saatlarında Rusiyanın ballistik raket zərbələri nəticəsində Kiyevdə bir neçə partlayış baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri "Telegram" hesabında məlumat yayıb.
Kiyev Şəhər Administrasiyası saat 17:26-da (Bakı vaxtı ilə 19:26) şəhərdə ballistik raket təhlükəsi ilə bağlı hava həyəcanı elan edib.
"Təhlükə aradan qalxana qədər dərhal ən yaxın sığınacaqlara keçin və orada qalın. Həyəcan siqnallarını qulaqardına vurmayın", - deyə məlumatda bildirilib.
Eyni zamanda Ukrayna Hərbi Hava Qüvvələri Çerniqov bölgəsi üzərindən Kiyevə doğru hərəkət edən yüksək sürətli hədəflər aşkar edib. Bu zaman paytaxtda bir neçə partlayış qeydə alınıb.
Kiyev meri Vitali Kliçko hadisəni təsdiqləyib.
"Paytaxt ballistik hücum altındadır. Hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərir. Sığınacaqlara gedin", - deyə o yazıb.
Saat 19:34-ə olan məlumata görə, Kiyev, Jitomir, Çerniqov, Çerkassı, Sumı, Poltava, Kirovohrad, Dnepropetrovsk, Xarkov, Zaporojye və Donetsk vilayətlərində hava hücumu sirenaları səsləndirilib.

Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ