İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyədə telekanala silahlı hücum edildi - VİDEO

"BeIN Sports" telekanalının İstanbulun Ayazağa məhəlləsində yerləşən binasına silahlı hücum edən şəxs polisə təslim olub.

Bu barədə "Hürriyet" məlumat yayıb.

Məlumata görə, hücum edən Kemal S. iddia edib ki, telekanalın şərhçisi Güntekin Onay orada təhlükəsizlik əməkdaşı işləyən həyat yoldaşını təhqir edib.

Silahlı şəxs şərhçinin üzr istəməsini tələb edib. Hadisə yerinə gələn xüsusi təyinatlı polislər onu fikrindən daşındıra biliblər.

Təqribən 30 dəqiqə davam edən danışıqlardan sonra Kemal S. binadan çıxarılaraq polis şöbəsinə aparılıb. (Oxu.Az)

***

İstanbulda yerləşən "BeIN Sports" telekanalının Ayazağadakı binasına silahlı basqın edilib.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Vəziyyətlə əlaqədar yayım təşkilatının binasında həyəcanlı anlar yaşanıb.

Qeyd edək ki, "BeIN Sports" telekanalı futbol üzrə Türkiyə Superliqasının oyunlarını yayımlayır. (Oxu.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR