İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: COVİD-19-a qarşı peyvənd alanlar OXUSUN!

Qlobal COVID-19 peyvənd kampaniyasının başlanğıcından bəri milyonlarla insanın həyatı xilas edilib. Peyvəndlər qaranlıq bir dövrdə bir ümid işığı verib. Lakin buna baxmayaraq, elm ictimaiyyəti və geniş ictimaiyyəti hələ də narahat edən bir sual var: COVID-19 -un uzunmüddətli yan təsirləri mövcuddurmu?

Bu barədə xarici media yazıb. Qeyd edilir ki, COVID-19-a qarşı peyvənd olunmuş insanların gözlənilməz bir risklə üzləşə biləcəyini göstərən yeni bir xəbərdarlıq ortaya çıxıb.

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Fransa Milli Dərman və Sağlamlıq Məhsullarının Təhlükəsizliyi Agentliyi (ANSM) kimi səhiyyə orqanları məlumatları yaxından izləyir. Tibbi araşdırmaya görə, COVID-19-a qarşı peyvənd olunmuş insanlarda müəyyən immun və ya ürək-damar xəstəliklərinin inkişaf riski bir qədər arta bilər”, - materialda vurğulanır.

Qeyd etmək vacibdir ki, bu, mütləq bir əminlik deyil, daha çox araşdırma tələb edən statistik bir korrelyasiyadır. Tədqiqatçılar bir neçə yüz min peyvənd olunmuş və peyvənd olunmamış xəstənin durumunu təhlil ediblər. Nəticələr göstərir ki, çox az sayda subyektdə ürək ritminin pozulması və ya xroniki iltihabi reaksiyalar kimi davamlı simptomlar müşahidə olunub. Bu hallar nadir olaraq qalır, lakin mövcuddur. Bununla yanaşı, xəstəlikləri olan şəxslər üçün daha çox sayıqlıq tövsiyə oluna bilər.

Bəs hansı qrup insanlar daha çox narahat olmalıdır?

WhatsApp Image 2026-08-13 at 12.43.59.jpeg (215 KB)

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, SSRİ-nin ilk antioksidant preparatı “Meksidol”un həmmüəllifi Aydın Əliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Peyvənd, o cümlədən COVID-19 əleyhinə peyvənd, virusun öldürülmüş və ya zəiflədilmiş formasının insan bədəninə daxil edilməsidir. Nəticədə virus bədənə daxil olduqda orqanizm artıq onun elementlərini tanıdığı üçün özünü qoruya bilir. Proses ümumilikdə belə işləyir.

Lakin burada yaş, cins, keçirdiyimiz xəstəliklər, infeksiyalara tez-tez yoluxma meyli, həmçinin ürək-damar xəstəlikləri və diabet kimi amillər mühüm rol oynayır. Əgər bədənimizdəki bu xəstəlikləri tam sağalda bilməmişiksə, istənilən halda mənfi nəticələr yarana bilər. İnsanın orqanizmində patologiya və ya zəif nöqtə varsa, peyvənd və ya digər təsir vasitələri xəstəliyin kəskinləşməsinə, tam sağalmamasına və xroniki xəstəliklərin daha uzun sürməsinə səbəb ola bilər. Çünki bunların hamısı RNT, DNT, yəni genetik faktorlarla bağlıdır. Düzdür, elm hələlik COVID peyvəndlərinin genimizə təsir etmədiyini desə də, bədənində digər xəstəlikləri olan insanlarda bu proses özünü müəyyən dərəcədə büruzə verə bilər. Bunlar hələ tam sübuta yetirilməmiş məsələlərdir.

Bəs bizim çıxış yolumuz nədir? Allahın bəşəriyyətə bəxş etdiyi dörd resept var ki, bunlar təbiətdəki dörd fəsildir. Biz yerli şəraitə və bu fəsillərə uyğun qidalanmalı, geyinməli və hərəkətlərimizi, işimizi buna görə tənzimləməliyik. Bu təbii reseptlərə uyğun yaşasaq, stressdən qorunarıq, sağlamlığımız daha yaxşı olar və xəstəliklərə qarşı güclü immun sistemimiz formalaşar. İmmun sistemi orqanizmin təpədən-dırnağa bütün orqanlarının qarşılıqlı və düzgün işləməsidir. Əgər bir orqanda fəsad varsa, sağlam orqanlar onun yükünü öz üzərinə götürməyə çalışır və bu da zamanla bədəni zəiflədir. Ona görə də ildə bir-iki dəfə müayinə olunmaq, təbiətlə, torpaqla, su ilə təmasda olmaq və fəsillərə uyğun hərəkət etmək lazımdır”.

Dosentə görə, immun sistemimizi zəiflədən əsas amillərdən biri də düzgün qidalanmamaqdır: “Diqqət yetirsək, heyvanların və quşların qidası göyərti və otdur. Biz də bu ət məhsullarını qəbul etməzdən əvvəl mütləq bol göyərti yeməliyik ki, orqanizmdə fermentlər əmələ gəlsin və həmin ət məhsullarını rahat həzm edə bilsin. Ət məhsulları bədəndə yaxşı həzm olunması üçün çox çeynənilməlidir. Biz hərəkətlərimiz və qidalanmamızla sağlamlığımızı qorumalıyıq.

Digər mühüm məsələ su içmək vərdişidir. Təəssüf ki, cəmiyyətimizdə su içmək mədəniyyəti olduqca zəifdir. Gün ərzində yaşa uyğun olaraq 1-2 litr su içmək lazımdır. Səhərlər limonlu su, bəzilərimiz üçün isə xırda bir sarımsaq dilimi çox faydalıdır. Sarımsaq qanı duruldur və mikrobları öldürür. Şərq ölkələrində, məsələn, Yaponiyada insanlar bu üsullarla sağlam yaşayırlar. Bizdə isə siqaret çəkənə normal baxıldığı halda, sarımsaq qəbul edənə mənfi münasibət bəslənilir.

Göründüyü kimi, düşüncəmizdə də problemlər var. Biz ilk növbədə sağlamlığımızı qorumalıyıq. Yalnız bundan sonra peyvəndlər və digər qoruyucu vasitələr barədə düşünmək olar. Biz özümüzü qorumağı bacarmalı, bir-birimizə mənəvi dəstək olmalı, həyatda təmkinli yaşamalı və bir-birimizin uğurlarına sevinməliyik. Belə olduqda immun sistemimiz də güclənər və heç bir infeksiya bizə ciddi təsir edə bilməz”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR