İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücünün səhv manevri zəncirvari qəzaya səbəb oldu - ANBAAN VİDEO

Türkiyənin Ərzurum şəhərində sürücünün dönmək üçün etdiyi səhv manevr zəncirvari yol-nəqliyyat hadisəsinə səbəb olub.

Musavat.com xəbər verir ki, üç avtomobilin iştirak etdiyi qəza kameralara düşüb.

Hadisə Yakutiye rayonunda, Refik Saydam küçəsində baş verib. Məlumata görə, Ərzurum Şəhər Xəstəxanasına gedən avtomobilinin sürücüsü səhv getdiyini anlayaraq geri dönmək üçün manevr etməyə başlayıb.

Bu zaman arxadan gələn minik avtomobilinin sürücüsü toqquşmadan yayınmaq üçün qəfil əyləc basıb. Ardınca hərəkət edən taksi isə əvvəl öndəki avtomobilə, daha sonra dönməyə çalışan avtomobilinə çırpılıb.

Nəticədə üç nəqliyyat vasitəsinə ziyan dəyib. Qəza anı isə başqa bir avtomobilin idarəetmə kamerasına saniyə-saniyə əks olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR