İnsanlara hürriyət, millətlərə istiqlal!

Tabloid: Rubio siyasi karyerası naminə Ukraynanı “unudub”, diqqəti Venesuelaya yönəldib


ABŞ dövlət katibi Marko Rubio öz siyasi gələcəyi üçün Ukrayna mövzusunu artıq “perspektivsiz” hesab edir və diqqətini Venesuela ilə münasibətlərə yönəldib.

Musavat.com xəbər verir ki, bu barədə bir "Tabloid" nəşri anonim mənbəyə istinadən məlumat yayıb.

Mənbənin iddiasına görə, Rubionun bu kurs dəyişikliyi şəxsi siyasi maraqları ilə bağlıdır. O, Floridada yaşayan və böyük siyasi təsirə malik olan varlı venesuelalı diasporun dəstəyini qazanmağa çalışır. Bildirilir ki, bu qrupun dəstəyi Rubionun gələcək karyerası, o cümlədən mümkün seçki planları üçün həlledici ola bilər.

Nəşrin məlumatında qeyd olunur ki, son vaxtlar Rubionun açıqlamaları, fəaliyyət gündəliyi və prioritet mövzuları Ukraynadakı vəziyyətdən daha çox Venesuela siyasəti və ABŞ–Venesuela münasibətləri ətrafında cəmlənib.

Rubionun ofisi iddialara hələlik rəsmi reaksiya verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR