Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kayseri şəhərinin Talas rayonunda hoteldə baş verən mübahisə faciə ilə nəticələnib.
Musavat.com xəbər verir ki, hadisə Mövlana məhəlləsi, Karasu küçəsində yerləşən 14 mərtəbəli hoteldə baş verib.
Məlumata görə, 30 yaşlı N.C.Ş. ilə 28 yaşlı Selin Gökhan arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisənin davaya çevrilməsindən sonra N.C.Ş.-nin Selin Gökhanı hotelin 5-ci mərtəbəsindən aşağı atdığı bildirilir. Gənc qadın hotelin mərtəbəsinə düşüb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürmə qrupları göndərilib. Tibb əməkdaşları Selin Gökhanın hadisə yerində öldüyünü müəyyən ediblər. İddialara görə, şübhəli şəxs daha sonra otaqdakı bəzi əşyaları da aşağıda olan qadının üzərinə atıb. Polis ərazini təhlükəsizlik məqsədilə mühasirəyə alıb. N.C.Ş. polis əməkdaşları tərəfindən saxlanılaraq nəzarətə götürülüb.
Hadisə yerində və hotel otağında araşdırma aparılıb. Selin Gökhanın cansız bədəni isə ölüm səbəbinin dəqiqləşdirilməsi üçün yarılma aparılması məqsədilə morqa göndərilib.
Hadisənin hansı səbəbdən baş verdiyi və tərəflər arasında mübahisənin necə başladığı araşdırılır.
İstintaq davam edir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ