Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Taylandda inanılmaz və qorxulu bir hadisə yaşanıb. Həkimlərin ölmüş elan etdiyi 65 yaşlı qadın dəfn mərasimi zamanı tabutun içində dirilərək yaxınlarını şoka salıb.
Hadisə beyin şişinin ağır fəsadları və dərin hipoglikemiya fonunda baş verib. Qadın həkimlər tərəfindən “kliniki ölüm” kimi qiymətləndirilərək mərasim üçün məbədə aparılıb. Lakin tabut açıldığı anda yaxınları gözlərinə inana bilməyib: qadının nəfəs aldığı və zəif hərəkət etdiyi aydın şəkildə görünüb.
Qadın dərhal xəstəxanaya çatdırılıb. Həkimlər bildiriblər ki, əslində heç bir real kliniki ölüm baş verməyib — şəkərin kritik dərəcədə düşməsi orqanizmi “tam sönmə” vəziyyətinə salıb və ölüm əlamətlərinə bənzər vəziyyət yaradıb.
Hazırda qadının vəziyyəti stabildir və o, həkim nəzarətində müalicəsini davam etdirir.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ