Onlayn ictimai-siyasi qəzet
Yunanıstanın Krit adasındakı Suda körfəzi hərbi bazasında ABŞ-yə məxsus çoxlu sayda hücum təyyarəsinin yerləşdirilməsi diqqət çəkib.
Musavat.com xəbər verir ki, bu baza Vaşinqtonun Yaxın Şərq istiqamətinə, xüsusilə İran ssenarisi üçün istifadə etdiyi əsas aviasiya keçid nöqtələrindən biridir.
Məlumatlara görə, ABŞ son günlər bölgəyə genişmiqyaslı aviasiya qüvvələri cəmləşdirir. Analitiklər bildirir ki, bu səviyyədə hərbi hazırlıq sonuncu dəfə 2003-cü ildə İraq əməliyyatı ərəfəsində müşahidə olunmuşdu.
Hərbi müşahidəçilərin fikrincə, baş verənlər təkcə psixoloji təzyiq deyil — tərəflər arasında bahalı və riskli geosiyasi qarşıdurmanın praktiki mərhələsi başlayır. ABŞ-nin aviasiya yerləşdirməsi mümkün zərbə variantlarının artıq aktiv şəkildə nəzərdən keçirildiyini göstərir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ