Onlayn ictimai-siyasi qəzet
Müasir smartfon istehsalçıları əsasən dizayn və kamera yarışına kökləndiyi bir vaxtda Çin texnoloji sektoru tam fərqli yanaşma ortaya qoyub. Yeni təqdim edilən Tank X modeli adi telefon anlayışını arxa plana keçirərək, ekstremal şərait və fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş çoxfunksiyalı “sağ qalma aləti” kimi diqqət çəkir.
Musavat.com xəbər verir ki, Tank X funksional imkanlarına görə klassik flaqmanları, o cümlədən Apple şirkətinin ən yeni modellərini belə kölgədə qoyur.
Cihazın ən diqqətçəkən xüsusiyyətlərindən biri güclü fənər-stroboskop sistemidir. Bu funksiya həm qaranlıq şəraitdə işıqlandırma, həm də təhlükə zamanı siqnal vermək üçün istifadə oluna bilər. Digər mühüm üstünlük isə gecəgörmə rejimli kameradır – Tank X tam qaranlıq mühitdə belə görüntü əldə etməyə imkan verir.
Smartfon həmçinin lazer proyektorla təchiz olunub. Bu texnologiya istifadəçiyə şəkil və videoları istənilən səthə birbaşa əks etdirmək imkanı yaradır ki, bu da telefon bazarında nadir rast gəlinən xüsusiyyətdir.
Enerji məsələsində də Tank X fərqlənir. Yüksək tutumlu batareyası sayəsində cihaz bir doldurma ilə təxminən bir həftə işləyə bilir. Möhkəm və zərbəyə davamlı korpus isə onu suya, toza və sərt temperatur şəraitinə qarşı dayanıqlı edir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ