İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə elektrik xətlərinə dəyib parkinqə çırpıldı – pilot son anda xilas edildi

Los-Ancelesdə kiçik təyyarə qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, hadisə şəhərin Pakoima rayonunda baş verib. Bir mühərrikli “Cessna” tipli təyyarə uçuş zamanı yüksək gərginlikli elektrik xətlərinə toxunub və nəzarəti itirərək parkinqə düşüb.

Təyyarə yerə çırpıldıqdan sonra aşıb və qısa müddətdə tüstülənməyə başlayıb. Hadisə yerində olan şəxslər dərhal müdaxilə edərək kabində sıxılmış vəziyyətdə qalan pilotu çıxarıblar.

Məlumata görə, pilot ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas etməyə çalışır.

Qeyd olunur ki, təyyarədə başqa sərnişin olmayıb və yerdə xəsarət alan yoxdur.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR