İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təyyarəni saxlayın!” – reysə gecikən qızların ağlasığmaz addımı - Video

Moskvanın Şeremetyevo hava limanında reysə gecikən iki sərnişin qeyri-adi üsulla təyyarəyə çatmağa çalışıb.

Musavat.com xəbər verir ki, qızlar hava limanının perronuna çıxaraq uçuşa hazırlaşan təyyarənin arxasınca qaçmağa başlayıblar.

Lakin onların təyyarəyə çatmaq cəhdi nəticəsiz qalıb. Hadisəyə hava limanının təhlükəsizlik əməkdaşları və polis müdaxilə edib. Reysə gecikən sərnişinlər saxlanılıblar.

Qızların sərnişinlər üçün qapalı olan perron ərazisinə necə çıxa bildikləri isə maraq doğurub. Hadisənin bütün təfərrüatları, o cümlədən təhlükəsizlik zonasına necə keçdikləri araşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR