Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Kataniya şəhərindən olan 42 yaşlı kişi restoranın TikTok üçün çəkdiyi reklam videosunun onun ailə həyatını dağıtdığını iddia edir.
Musavat.com xəbər verir ki, kişinin sözlərinə görə, o, sevgilisi ilə restoranda şam edərkən məkan sosial şəbəkələr üçün “atmosferik” kontent çəkib və həmin videoda o, başqa qadınla birlikdə aydın şəkildə görünüb.
Video qısa müddətdə TikTok-da paylaşılıb və bunu kişinin həyat yoldaşı da görüb. Nəticədə ailə münasibətləri kəskin şəkildə pisləşib və nikah faktiki olaraq dağılıb.
Hadisədən sonra kişi istehlakçı hüquqlarını müdafiə edən Codacons təşkilatı vasitəsilə məhkəməyə müraciət edib. İddiada bildirilir ki, restoran müştərini onun açıq razılığı olmadan çəkib və görüntüləri yayımlayıb.
Hüquqşünaslar vurğulayır ki, hətta ictimai məkanda belə müştərilərin açıq və konkret razılığı olmadan çəkiliş aparmaq və həmin görüntüləri paylaşmaq qanun pozuntusu sayıla bilər. İşin milli məlumatların mühafizəsi orqanına qədər uzana biləcəyi və restoran üçün ciddi maliyyə cərimələri ilə nəticələnə biləcəyi istisna edilmir.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ