Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Trabzon bölgəsində keçirilən toy mərasimində qida zəhərlənməsi hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, mərasim zamanı süfrəyə verilən toyuqlu aşı yeyən təxminən 100 nəfər qonaq bir neçə saat sonra halsızlıq və qarın ağrısı ilə üzləşib.
Hadisə yerinə çağırılan tibbi briqadalar zərərçəkənlərə ilkin yardım göstərib. Daha sonra onlar Sürmənə Dövlət Xəstəxanasına və yaxın rayonlardakı tibb müəssisələrinə yerləşdiriliblər.
Həkimlərin müdaxiləsindən sonra qonaqların vəziyyətinin stabilləşdiyi bildirilir. Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma başladılıb.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ