Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı ABŞ-ın Hörmüz boğazından gəmilərin tranzitini asanlaşdırmaq üçün nəzərdə tutulmuş "Azadlıq Layihəsi" proqramına dəstək verməkdən imtina edib.
Musavat.com xəbər verir ki, məlumatı NBC News ABŞ administrasiyasının iki adı açıqlanmayan rəsmisinə istinadən yayıb.
Bildirilir ki, Ər-Riyadın bu addımına səbəb Vaşinqtonun krallığa missiya barədə əvvəlcədən məlumat verməməsidir. Məlumata görə, ABŞ prezidenti Donald Trampın sosial media platforması TruthSocial-da əməliyyatla bağlı yaydığı açıqlama Körfəz ölkələrini təəccübləndirib və "Səudiyyə Ərəbistanı rəhbərliyini qəzəbləndirib".
Buna cavab olaraq Ər-Riyad Vaşinqtona ABŞ qoşunlarının Şahzadə Sultan hava bazasından qalxmasına icazə verməyəcəyini və onların hava məkanından istifadəsini qadağan edəcəyini bildirib.
NBC News-un məlumatına görə, bundan sonra Trampla Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl-Səud arasında baş tutan telefon danışığı da Ər-Riyadın qərarından dönməsinə gətirməyib. Nəticədə Amerika lideri əməliyyatı dayandırmaq məcburiyyətində qalıb.
Musavat.com
24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ