İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Azərbaycanı o siyahıya NİYƏ salmadı?

Bu gün – avqustun 3-dən etibarən ABŞ Gürcüstan, Qırğızıstan, Tacikistan və Türkmənistan da daxil olmaqla 50 ölkənin vətəndaşları üçün 20.000 dollara qədər daimi viza depoziti tətbiq edəcək. Dövlət Departamenti bunu 31 iyul cümə günü açıqlayıb.

Bu ölkələrin vətəndaşları ABŞ-yə vizasız səyahət edə bilərlər

Bu, işgüzar və turist vizalarına (B-1/B-2) aiddir. Depozitin məbləği konsulluq işçisi tərəfindən hər bir hal üçün ayrıca müəyyən ediləcək. Departamentin açıqlamasında bildirilir ki, viza sahibi tələb olunan müddətdə ABŞ-ı tərk edərsə, sənəddən istifadə etməzsə və ya ölkəyə girişinə icazə verilməzsə, depozit geri qaytarılacaq.
Şəxs ölkədə qalma şərtlərini pozarsa, depozit müsadirə olunacaq. Gürcüstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla yanaşı, ölkələrin siyahısına Əlcəzair, Anqola, Banqladeş, Kamboca, Mərkəzi Afrika Respublikası, Monqolustan, Nepal, Nikaraqua, Tunis, Uqanda, Venesuela, Zimbabve və Afrika, Cənub-Şərqi Asiya və Latın Amerikasının digər ölkələri daxildir.

Maraqlıdır ki, ABŞ Dövlət Departamenti bu siyahıya Azərbaycanı daxil etməyib. Səbəb ikitərəfli əlaqələrin yaxşı olmasıdır, yoxsa..

Bakı–Vaşinqton strateji əməkdaşlığında tarixi “ilk”lər

Hüquqşünas Xəyal Bəşirov Musavat.com-a bildirib ki, ABŞ-də Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra miqrasiya siyasətində məhdudiyyət tədbirləri tətbiq etməyə başladı və bu gözlənilən idi: “Co Bayden hakimiyyətinin də miqrasiya siyasətini Donald Tramp ciddi tənqid edirdi. Ona görə ABŞ-nin miqrasiya siyasətində dəyişikliklər ediləcəyi gözlənilirdi. İndi 50 ölkənin vətəndaşları üçün 20 min dollara qədər daimi viza depoziti tətbiq edilməsi qərarı çox ciddi sərt tələbdir. Dövlətlərin siyahısına diqqət etsək, postsovet ölkələri, Afrika ölkələri və kifayət qədər inkişaf etməyən dövlətlərdir. Bu cür ölkələrin vətəndaşları üçün 20 min dollar depozit tələbi ciddi çətinliklər meydana gətirəcək. Cənubi Qafqaz regionunda ABŞ-nin bu qərarının təkcə Gürcüstana tətbiq edilməsi son zamanlar baş verən proseslər, Tiflislə Qərb arasında “soyuq küləklər”in əsməsindən qaynaqlanır. Azərbaycan və Ermənistanın siyahıya daxil edilməməsinin səbəblərinə gəlincə, hər iki ölkə ilə ABŞ-nin münasibətləri kifayət qədər yüksək səviyyədədir. Bu amil səbəblərdən biri hesab edilə bilər”.

X.Bəşirov qeyd edib ki, Cənubi Qafqaz regionuna xüsusi yanaşma var: “Səbəblərdən biri də budur. Trampın Azərbaycan prezidenti İlham Əliyevlə şəxsi münasibətlərini dostluq səviyyəsində olması da sözügedən siyahıdan kənarda qalmağımıza təsir edir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR