İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranın 14 maddəlik planı haqda: Bu, axmaq təklif idi...

ABŞ tezliklə ya Hörmüz boğazında hərbi əməliyyatları bərpa edə, ya da İrana qarşı "daha ciddi tədbirlər" görə bilər.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CBS News-a verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Hörmüz boğazına nəzarət Tehranın əlindəki "yeganə silah"dır: "Biz onu (boğazı-red.) açardıq. Mən sadəcə olaraq bunu etməməyimi xahiş edən bəzi ölkələrə yaxşılıq etdim. Biz onu açardıq. Amma biz asanlıqla buna qayıda bilərdik".

Vaşinqtonun Tehranın hərbi əməliyyatlara son qoymaq üçün yeni təkliflərinə verdiyi cavabdan narazı olduğu üçün indi bu şəkildə hərəkət etmək niyyətində olub-olmadığı soruşulduqda, prezident "bilmirəm. Ya o, ya da daha ciddi bir şey" cavabını verib.

Eyni zamanda, Vaşinqton administrasiyasının rəhbəri bir daha İranın cavabını tənqid edib: "Bu, sadəcə pis bir təklif idi, axmaq bir təklif idi, əslində hansı təhlükədə olduqlarını bilməyən insanlar tərəfindən irəli sürülmüşdü".

Ondan iranlıların amerikalılara güzəştə gedib-getmədiyi soruşuldu. "Bəli, əlbəttə. Amma kifayət deyil", - deyə prezident cavab verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR