Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Giorgia Meloni barədə sərt açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, Tramp Meloninin İran məsələsində ABŞ-la əməkdaşlıq etməməsindən narazılığını açıq şəkildə dilə gətirib. Onun sözlərinə görə, İtaliya hökumətinin mövqeyi gözləntiləri doğrultmayıb.
“Baş nazirinizin neft əldə etmək üçün heç nə etməməsi xoşunuza gəlirmi? İnsanlar bunu sevirmi? Təsəvvür edə bilmirəm. Ondan şoka düşürəm. Onun cəsarətli olduğunu düşünürdüm, amma yanılmışam”, – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Meloni İran məsələsində Vaşinqtona dəstək vermək istəmir: “O, İran məsələsində bizə kömək etmək istəmir. Mən onun cəsarətli olduğunu düşünürdüm, amma yanılmışam, həqiqətən də şokdayam”.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ