İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp və Mask 100 milyon dollara görə necə barışdılar?

ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask keçənilki ictimai mübahisədən sonra münasibətlərini yenidən bərpa ediblər.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb. Məlumata görə, may ayında Trampın Çinə səfəri zamanı Mask "Air Force One" təyyarəsinin göyərtəsində prezidentə qoşulub. Mənbələrin bildirdiyinə görə, onlar dostyana ünsiyyət saxlayıblar.

Həmin vaxt Mask aralıq seçkilərində respublikaçıları dəstəkləmək niyyətində olduğunu və bu məqsədlə ən azı 100 milyon dollar xərcləyəcəyini açıqlayıb.

Qəzet dəqiqləşdirir ki, bu məbləğ seçici fəallığının artırılması kampaniyasına yönəldiləcək. Biznesmenin özü isə siyasətdə daha az iştirak etmək niyyətində olduğunu bəyan edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR