İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Zelenskinin "Patriot" tələbinə cavab: "Bizim özümüzə də raket lazımdır"

Musavat.com xəbər verir ki, Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərlə bağlı təcili çağırışına reaksiya verib.

Jurnalistin Zelenskinin ölkəsinə təcili olaraq "Patriot" raketlərinin lazım olduğunu xatırlatmasına cavab olaraq Tramp ABŞ-ın da bu silahlara ehtiyacı olduğunu bildirib.

"Bayden Ukraynaya 300 milyard dollarlıq sursat verib"

Tramp ABŞ-ın hazırkı hərbi ehtiyatlarının vəziyyətini tənqid edərək bildirib:

"Bizim özümüzün də həmin raketlərə ehtiyacımız var. Bayden Ukraynaya 300 milyard dollar dəyərində hərbi sursat verib. Mən vəzifəmdən ayrılanda anbarlarımız tam dolu idi, indi isə biz onları yenidən bərpa etmək məcburiyyətindəyik". 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR