Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın oğlu — Donald Tramp Jr. — Ermənistana planlaşdırılan səfərini qəfil ləğv edib.
Musavat.com xəbər verir ki, qərar ABŞ-da böyük səs-küyə səbəb olan Takker Karlsonun verilişindən dərhal sonra verilib.
Erməni “Graparak” qəzetinin məlumatına görə, Tramp Jr. bu gün, 12 noyabrda İrəvana gəlməli idi, lakin son anda səfərin baş tutmayacağı açıqlanıb.
İddialara görə, buna səbəb “Tashir Capital” şirkətinin rəhbəri Narek Karapetyanın Takker Karlsona verdiyi müsahibə olub. Müsahibədə Ermənistan hakimiyyətinin Apostol Kilsəsinə hücumu barədə faktlar səsləndirilib və bu, ABŞ ictimaiyyətində güclü rezonans yaradıb.
Məhz bundan sonra Donald Tramp Jr. Ermənistan rəhbərliyi ilə görüşdən və ümumilikdə səfərdən imtina etmək qərarına gəlib.
Qeyd edək ki, Narek Karapetyan İrəvanda həbsdə olan milyarder Samvel Karapetyanın qardaşı oğludır.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ