Onlayn ictimai-siyasi qəzet
Azərbaycan futbolunda son günlərin ən çox müzakirə olunan məsələsinə nöqtə qoyulub. Tarixində ilk dəfə meydanda qazandığı nəticə ilə avrokuboklara vəsiqə əldə edən "Turan Tovuz"un UEFA Konfrans Liqasında çıxış etmək ümidi rəsmən puça çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Məlumata görə, İdman Arbitraj Məhkəməsi (CAS) klubun şikayətini təmin etməyərək UEFA-nın daha əvvəl verdiyi qərarı qüvvədə saxlayıb. Beləliklə, Premyer Liqanı üçüncü pillədə başa vuraraq Avropa arenasına vəsiqə qazanan Tovuz təmsilçisi 2026/2027 mövsümündə Konfrans Liqasında iştirak edə bilməyəcək.
Bu qərar təkcə "Turan Tovuz" üçün deyil, həm də klubun uğuruna sevinən minlərlə azarkeş üçün böyük məyusluq yaradıb. Klub rəhbərliyinin və ictimaiyyətin qərarın dəyişdirilməsi ilə bağlı ümidləri son ana qədər davam etsə də, CAS-ın açıqladığı yekun qərar UEFA Apellyasiya Orqanının 2 iyun tarixli hökmünü qüvvədə saxlayıb.
Cavanşir Abbaslı
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ