Onlayn ictimai-siyasi qəzet
Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir. Bu addım Avropada soyuq müharibə dövründən qalan son bağlı sərhədə son qoyacaq və Cənubi Qafqazda ticarətin bərpasına şərait yaradacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələri məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə-Ermənistan sərhədinin açılması, 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri öncəsi Ermənistanın baş naziri Nikol Paşinyana mühüm siyasi dəstək qazandıra bilər.
Həmsöhbətlər bildiriblər ki, yalnız belə razılaşmalar əldə olunduqdan sonra Türkiyə Ermənistanda səfir təyin edə və iki ölkə arasında diplomatik münasibətləri tam bərpa edə bilər.
Musavat.com
18 Iyun 2026
17 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ