Onlayn ictimai-siyasi qəzet
Türkiyə Superliqasında mövsümün en səs-küylü keçidi reallaşıb.
Musavat.com xəbər verir ki, "Trabzonspor" klubu dünya futbolunun parlaq ulduzlarından biri, misirli hücumçu Məhəmməd Salahın transferini rəsmən yekunlaşdırıb.
Qara dəniz təmsilçisi təcrübəli forvardla rəsmi müqavilə imzalayıb. Əldə olunan məlumata görə, misirli futbolçunun sabah axşam saatlarında Trabzona gələcəyi gözlənilir. Komandanın hücum xəttini gücləndirəcək ulduz oyunçu yeni klubunda 11 nömrəli forma altında çıxış edəcək.
Trabzon klubunun bu tarixi transfer üçün ayırdığı büdcənin detalları da diqqət çəkir.
Razılaşmanın şərtlərinə əsasən:
İllik sabit maaş: 17 milyon avro
İmza haqqı: 5 milyon avro
Bonus: Satılacaq Məhəmməd Salah formalarının satış gəlirindən 25% pay
Karyerasının ən parlaq illərini "Liverpul"da keçirən Salah ingilis klubunun heyətində 442 rəsmi matçda 257 qol və 123 məhsuldar ötürmə ilə yadda qalıb.
Misirli ulduz "mersisaydlılar"la birlikdə Premyer Liqa, Çempionlar Liqası, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İngiltərə Kuboku və Liqa Kubokunu qazanıb. Fərdi göstəricilərdə də zirvədə olan Salah 4 dəfə Premyer Liqanın bombardiri, 2 dəfə isə mövsümün ən yaxşı futbolçusu seçilib.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ