İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə dəhşətli qəza törədən azərbaycanlı Anar kimdir? - FOTOLAR

Türkiyənin Düzcə şəhərində ətir daşıyan yük maşını idarəetmədən çıxaraq aşıb.

Musavat.com xəbər verir ki, qəza Gölyaka ərazisində baş verib.

Azərbaycan vətəndaşı Anar Y.-nin idarə etdiyi yük maşını sürücünün idarəetməni itirməsi nəticəsində yolun orta hissəsinə çırpılıb və aşıb.

Qəza zamanı yük maşınının qoşqusu qarşı istiqamətdə, İstanbula gedən zolağa keçib. Hadisə nəticəsində sürücü Anar Y. yüngül xəsarət alıb. Hadisə yerinə gələn tibbi qruplar ona ilkin tibbi yardım göstəriblər.

Qəza zamanı yük maşınından dizel yanacağı və daşınan maddənin sızması ehtimalı yaranıb. Maddənin potensial təhlükəli ola biləcəyini nəzərə alan jandarma əməkdaşları AFAD qruplarına məlumat veriblər.

Hadisə yerinə gələn Düzcə AFAD əməkdaşları xüsusi ölçmə cihazları ilə ərazidə yoxlama aparıblar. Araşdırmadan sonra sızan maddənin insan sağlamlığı üçün təhlükəli olmadığı müəyyən edilib.

Qəza səbəbindən magistral yolun hər iki istiqamətində bir zolaq müvəqqəti bağlanıb. Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb, yük maşını kranın köməyi ilə yoldan çıxarıldıqdan sonra nəqliyyatın hərəkəti normallaşıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Medianews.az

Otoyolda parfüm yüklü tır devrildi, çekicisi karşı şeride geçti

Fotoğraf: AA

Fotoğraf: İHA

Fotoğraf: AA

Fotoğraf: İHA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR