Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda ətir fabrikində yanğın baş verib.
Musavat.com "A Haber"ə istinadən xəbər verir ki, yanğın nəticəsində 6 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.
Əraziyə yanğınsöndürən qruplar cəlb olunub. Şəhər valisi İlhami Aktaşın jurnalistlərə açıqlamasına görə, artıq yanğın söndürülüb.
@@TVmusavat/132304@@
Musavat.com
30 Avqust 2026
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ