İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin qırmızı xətti

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada gedən proseslər və regional təhlükəsizliklə bağlı prinsipial mövqeni açıqlayıb.

Musavat.com xəbər verir ki, nazir Ankaranın kürd xalqı ilə PKK/YPG terror təşkilatlarını qəti şəkildə ayırdığını və bu mövqenin dəyişməz olduğunu bildirib.

Fidan vurğulayıb ki, Türkiyə üçün kürd xalqının – Türkiyə başda olmaqla Suriyada – hüquqlarının qorunması ən yüksək məqsədlərdən biridir. Onun sözlərinə görə, bu yanaşma terrorla mübarizə xəttinə zidd deyil, əksinə, regionda uzunmüddətli sabitliyin əsas şərtidir.

“Bu gün Suriyada tarixi hadisələrə şahidlik edirik. Vahid və mərkəzləşdirilmiş Suriya regional təhlükəsizliyə öz töhfəsini verəcək. Suriya hökumətinin atdığı tarixi addımları qətiyyətlə dəstəkləyirik. Suriyada yaşayan bütün xalqlar ölkənin gələcəyində mütləq söz sahibi olmalıdır”, – deyə nazir qeyd edib.

Türkiyənin təhlükəsizlik məsələlərində mövqeyinin dəyişməz olduğunu bildirən Fidan açıq mesaj verib: “Türkiyə sözünə sadiqdir. Türkiyə sərhədlərində terror təşkilatlanmasına bütün imkanları ilə imkan verməyəcək. Başqalarına güvənərək regionda dinc yaşayışı təhdid edənlər üz-üzə qaldıqları acı taleləri ilə barışmalıdırlar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR