Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiya ərazisində bir neçə mühüm obyektə dron zərbəsi endirib.
Musavat.com xəbər verir ki, ki, bu obyektlərdən biri 11 avqust gecəsi Voronej vilayətinin Novousmanski rayonunda Wildberries logistika kompleksidir.
ASTRA monitorinq layihəsinin məlumatına əsasən Novousmanski rayonunun Aleksandrovka kəndində yerləşən kompleksdə partlayışlar və yanğın baş verib.
Şirkətin mətbuat xidməti bildirib ki, Voronej vilayətindəki Wildberries logistika obyektləri təxliyə edilib: "Şirkətin Voronej vilayətindəki logistika obyektləri təhlükəsizlik tələblərinə uyğun olaraq təxliyə edilib".
Ondan əvvəl isə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev Voronejdə, eləcə də Bobrovski və Buturlinovski rayonlarında PUA-ların zərbə siqnalı verildiyini və xəbərdarlıq sistemlərinin işlədiyini açıqlayıb. Aleksandrovkadakı Wildberries logistika kompleksi 2025-ci ilin noyabr ayında tam fəaliyyətə başlayıb. Voronej Region İnvestisiyaların Təşviqi Agentliyinin məlumatına görə, anbar kompleksi 152.900 kvadrat metr sahəni əhatə edir və 90 milyondan çox mal saxlamaq qabiliyyətinə malikdir. RVB (Wildberries & Russ şirkətinin birləşmiş törəmə şirkəti) obyektin tikintisinə təxminən 11 milyard rubl sərmayə qoyub.
Bundan əlavə, Ukrayna Rusiyanın Xabarovsk vilayətində – Komsomolsk-na-Amur şəhərində yerləşən neft emalı zavoduna da zərbə endirib, müəssisədə güclü yanğın başlayıb.
Musavat.com
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ