İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Rusiya RAZILIĞA GƏLDİ - Umerovdan TƏCİLİ AÇIQLAMA

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiyada əsirlikdə olan 1200 ukraynalının azad edilməsi üzrə razılaşmaların əldə olunduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bunu Telegram hesabında yazıb.

Umerov bildirib ki, Ukrayna prezidenti tərəfindən verilmiş tapşırığa əsasən, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində tərəfdaşların vasitəçiliyi ilə mübadilə prosesinin bərpası üçün məsləhətləşmələr aparıb. Nəticədə tərəflər İstanbul razılaşmalarını aktivləşdirməyə qərar veriblər ki, bu da 1200 nəfərin azad olunmasını nəzərdə tutur.

O, yaxın günlərdə texniki məsləhətləşmələrin keçiriləcəyini və prosedur, təşkilati detalların razılaşdırılacağını vurğulayıb. Umerov əlavə edib ki, iş fasiləsiz aparılır ki, əsirlikdən qayıtmalı olan ukraynalılar Yeni il və Milad bayramlarını evdə qarşılasınlar.

Qeyd edək ki, Umerov 11 noyabrda “mübadilə məsələsini blokdan çıxarmaq” üçün Türkiyəyə səfər etmişdi.

İstanbulda aparılan üç raund danışıqların nəticəsində əvvəlcə ciddi yaralanmış və ağır xəstələr, eləcə də 25 yaşadək hərbçilər kateqoriyası üzrə mübadiləsi razılaşdırılmışdı. Danışıqların çətinliyi nəzərə alınaraq, bu format ayrıca istiqamət kimi ayrılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR