Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Ukraynanın həyati əhəmiyyətli infrastruktur obyektlərinə qarşı genişmiqyaslı zərbələr endirməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa və beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib.
Prezidentin sözlərinə görə, işğalçı tərəf bu dəfə əsas hədəf olaraq ölkənin su təchizatı sistemlərini, logistika mərkəzlərini və kritik infrastrukturunu seçib.
Zelenski qeyd edib ki, Kremlin məqsədi Ukrayna xalqını susuz qoymaqla ciddi humanitar fəlakət yaratmaqdır. O, yerli icmaları bu təhlükəyə qarşı hazır olmağa çağırıb və Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün daha çox raketə ehtiyacı olduğunu vurğulayıb.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ