İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan DƏHŞƏTLİ HÜCUM: Rusiyada fövqəladə vəziyyət ELAN EDİLDİ

Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Rusiyanın Rostov vilayətinin Qara dəniz sahilində yerləşən Taqanroq şəhərində fövqəladə vəziyyət elan edilib.

Musavat.com xəbər verir ki, bu barədə şəhər meri Svetlana Kambulova "Telegram" kanalında bildirib.

"Təcili yardım qrupu yaradılıb. Şəhərimizə edilən kütləvi hava hücumunun nəticələrini aradan qaldırmaq üçün komissiya artıq fəaliyyətdədir", - mer yazıb.

Məlumata görə, pilotsuz təyyarələrin zərbələri nəticəsində bir neçə yaşayış binası, bir fərdi yaşayış evi, iki sənaye müəssisəsi, 17 nömrəli uşaq bağçası və Mexanika Kollecinin binası zərər görüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR