Onlayn ictimai-siyasi qəzet
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın tanınmış jurnalisti Alisa Batsmanla görüşüb.
Musavat.com xəbər verir ki, jurnalist görüşün səmimi atmosferdə keçdiyini və Prezidentin Ukraynadakı vəziyyətlə yaxından maraqlandığını bildirib.
Batsmanın sözlərinə görə, İlham Əliyev Ukrayna xalqına uğurlar arzulayıb və baş verən hadisələri tarixi ədalətin bərpası kimi qiymətləndirib.
Prezident daha sonra Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukraynadakı Azərbaycan diplomatik nümayəndəliyinə edilən hücumlar barədə danışıb:
“Ukraynadakı səfirliyimizə üç zərbə endirildi. Birincidən sonra bunun təsadüf ola biləcəyini düşündük. Sonra Rusiya tərəfinə diplomatik nümayəndəliklərimizin - konsulluğun, mədəniyyət mərkəzinin, səfirliyin - koordinatlarını ötürdük. Buna baxmayaraq, daha iki zərbə endirildi. Bu, Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı məqsədli hücumdur”.
Alisa Batsman vurğulayıb ki, Ukrayna xalqı Prezident İlham Əliyevin ardıcıl mövqeyinə və dəstəyinə görə təşəkkür edir.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ