İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanı satan baş nazir Rusiyada dəbdəbəli həyat yaşayır

Ukraynanın sabiq baş naziri Nikolay Azarovun Rusiyanın Federal Mühazifə Xidməti (FSO) tərəfindən qorunduğu məlum olub.

Musavat.com xəbər verir ki, qaçaq məmur işğal olunmuş Donetskdəki institutda və Rusiya televiziyasında “yarımştat” çalışır.

Maydandan sonra ölkədən qaçan Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Rusiyada fəal fəaliyyət göstərir və xüsusilə Solovyovun tok-şousunda çıxış etməklə qazanc əldə edir.

Azarovun məlumatlarında onun dostlarının telefon kitabçalarında “Maksim FSO” kimi qeyd edilən şəxsə onlarla zəng aşkar edilib. Onun adı Maksim Pozdnyakovdur və o, doğrudan da Federal Mühafizə Xidmətinin kadr zabitidir.

Azarov hər ay 30 il əvvəl rəhbərlik etdiyi institutdan kiçik maaş alır. Söhbət işğal olunmuş Donetskdə yerləşən Respublika Dağ Geologiyası, Geomekanikası, Geofizikası və Markşeyderlik İnstitutundan gedir. Onun maaşı təxminən 50 min rubl təşkil edir.

Nikolay Azarov “Rossiya” telekanalından daha çox qazanıb. “Vladimir Solovyovla Axşam” tok-şousunda iştirak etdiyinə görə, 2018-ci ildə qaçaq siyasətçinin həmin kanaldan 1 milyon rubldan çox gəlir əldə etdiyi sızmış məlumatlardan görünür.

Azarov Moskva ətrafında 50 sot torpağa sahibdir - ona bu sahəni Prezident Administrasiyasının müalicə-sağlamlıq kompleksi ayırıb. Siyasətçinin oğlu isə Moskvanın mərkəzində 146 kvadratmetrlik mənzilə sahibdir.

Azarov mütəmadi olaraq qaçaq prezident Yanukoviçin “Regionlar Partiyası”nın keçmiş üzvləri ilə telefonla danışır. Xüsusilə, İqor Markovla - “Explainer” müəyyən edib ki, Markov işğal başlayandan sonra bir neçə dəfə işğal olunmuş Ukrayna regionlarına səfər edib və Xerson işğal altında olduğu dövrdə ora tez-tez gedib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR