İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya heyrət doğuracaq yardım hazırlanır – Rusiya hərbi büdcəsinin az qala yarısı...

NATO ölkələri Ukraynaya 70 milyard avro həcmində yeni hərbi və maliyyə yardım paketi ayrılması imkanını müzakirə edir.

Musavat.com xəbər verir ki, Politico nəşrinin NATO-dakı diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, məsələ gələn ay Ankarada keçiriləcək alyans sammitinin əsas mövzularından biri olacaq.

Məlumata görə, paketin 40 milyard avrosu Ukrayna üçün yeni maliyyə öhdəlikləri hesabına formalaşacaq. Qalan 30 milyard avro isə Avropa İttifaqının daha əvvəl təsdiqlədiyi 90 milyard avroluq yardım proqramının tərkib hissəsidir.

Dörd NATO diplomatı bildirib ki, Almaniyanın irəli sürdüyü təşəbbüs Ukraynaya ayrılan vəsaitlərin daha şəffaf şəkildə izlənilməsi və koordinasiyası üçün yeni mexanizmin yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, müzakirə olunan 70 milyard avroluq paket Rusiyanın illik hərbi xərcləri ilə müqayisə ediləcək qədər böyük məbləğ hesab olunur. Gözlənilir ki, məsələ ilə bağlı yekun qərar NATO liderlərinin Ankaradakı sammitində açıqlansın.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR