İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya qaçan rus pilotun qətli üzrə istintaq donduruldu

İspaniya məhkəməsi rusiyalı pilot Maksim Kuzminovun qətli ilə bağlı istintaqın müvəqqəti dayandırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, polis cinayəti törədən və təşkil edən şəxslərin kimliyini müəyyən edə bilmədiyini açıqlayıb.

Qeyd olunur ki, gələcəkdə yeni sübutlar tapılacağı halda istintaq yenidən bərpa oluna bilər.

2023-cü ilin avqust ayının sonunda Maksim Kuzminov Mi-8 helikopterini qaçıraraq Ukrayna sərhədini keçib və Ukrayna silahlı qüvvələrinə təslim olub. Ukrayna Hərbi Kəşfiyyatı (GUR) onun qaçışa görə yarım milyon qrivna mükafat aldığını bildirib.

2024-cü ilin fevralında Kuzminov İspaniyada öldürülmüş vəziyyətdə tapılıb. Daha sonra CBS jurnalistləri pilotun qətlində keçmiş KQB zabitinin və Rusiya polisinin polkovnikinin iştirak etmiş ola biləcəyini bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR