Onlayn ictimai-siyasi qəzet
“Kanal D”nin rekord qıran “Uzak şehir” serialının çəkildiyi Mardin şəhərinə qar yağıb. Qış mənzərəsi serial heyəti üçün xoş sürprizə çevrilib.
Musavat.com xəbər verir ki, çəkilişlər üçün Mardində olan serialın baş rol ifaçıları Sahra Şaş, Atakan Özkaya və Qonca Cilasun yağan qardan zövq alaraq xatirə fotoları çəkdiriblər.
Aktyorlar çəkiliş fasiləsində qarlı havanın dadını çıxarıblar.

İnstaqramda aktiv paylaşımları ilə tanınan Sahra Şaş Mardində yağan qardan sonra sosial şəbəkə hesabında yeni fotolar yayımlayıb. Aktrisa həmkarları Atakan Özkaya və Qonca Cilasunla birlikdə qarda keçirdikləri əyləncəli anları paylaşaraq pərəstişkarlarını sevindirib.
Paylaşımlar qısa zamanda böyük maraq doğurub və izləyicilərdən çoxsaylı bəyənmə və rəylər alıb.
Könül
Musavat.com

06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ