İnsanlara hürriyət, millətlərə istiqlal!

Vakansiya! Ayı kimi nərildə, rəqs et, ağaca dırmaş, yüksək maaş al

Çindəki bir zooparkın qeyri-adi vakansiyası sosial şəbəkələrdə böyük maraq doğurub.

Musavat.com xəbər verir ki, Henan əyalətində yerləşən Loxe zooparkı qara ayı rolunu oynayacaq əməkdaşlar axtarır.

Vakansiyaya seçilən şəxslər ayı kostyumu geyinərək zoopark ərazisində gəzəcək, rəqs edəcək, ağaclara dırmaşacaq və lazım gəldikdə sadəcə uzanıb dincələcəklər.

Bu iş üçün illik 110 min yuan (təxminən 15 min ABŞ dolları) maaş təklif olunur. İş qrafiki gündə 6 saatdır və ayda 4 istirahət günü verilir.

Ən vacib şərtlərdən biri danışmamaqdır. İşçilərə yalnız ayı kimi nərildəməyə və müxtəlif səslər çıxarmağa icazə verilir.

Zoopark rəhbərliyi bu vəzifəni "dünyanın ən sərbəst işi" adlandırır. Hətta kostyumdakı "ayı" nə qədər qəribə və gülməli davranarsa, əlavə mükafat qazanmaq şansı da bir o qədər artır. Bundan başqa, əməkdaşlara ziyarətçilərin təqdim etdiyi hədiyyələri qəbul etməyə də icazə verilir.

Məlumata görə, vakansiyaya artıq 100-dən çox namizəd müraciət edib. Onlardan yalnız 5-6 nəfər işə qəbul olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR