Onlayn ictimai-siyasi qəzet
Tramp administrasiyası Delsi Rodriqezi Venesuelanın müvəqqəti lideri kimi qəbul etməyə hazır olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Nəşr yazır ki, administrasiya Rodriqezi müxalifətdəki Maria Maçado ilə müqayisədə daha uyğun seçim kimi görür.
Məlumata görə, Vaşinqton ölkədəki siyasi böhranı nəzərə alaraq, müvəqqəti rəhbərlik üçün praktik və qəbul edilə bilən bir namizəd kimi Rodriqezi üstün tutur.
Bununla yanaşı, ABŞ rəhbərliyi ölkədəki güc balanslarını və potensial sabitliyi də diqqətdə saxlayır.

Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ