Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Avropa İttifaqını Amerika texnologiya şirkətlərinə qarşı təzyiq göstərməkdə ittiham edib.
Musavat.com xəbər verir ki, o, sosial şəbəkə X-də yazdığı paylaşımda Avrokomissiyanın platformanı yüz milyonlarla dollar cərimələyə biləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
Vens bildirib ki, guya Avrokomissiya X platformasını “senzuradan imtina etdiyi üçün” ciddi şəkildə cərimələməyi nəzərdən keçirir. O, bu iddiaları sərt tənqid edib:
“Söz-söhbətlər dolaşır ki, Avrokomissiya X-i senzuranı rədd etdiyinə görə yüz milyonlarla dollar cərimələyə bilər. Aİ söz azadlığını dəstəkləməlidir, Amerika şirkətlərinə xırda bir ‘əhəmiyyətsiz səbəbə’ görə hücum etməməlidir".
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ