İnsanlara hürriyət, millətlərə istiqlal!

X və Maks bəyanat verdi: Parisdəki axtarış siyasi hücumdur

X-in rəhbərliyi Paris ofisinə edilən basqınları əsassız hesab edir və hər hansı qanun pozuntusunu qəti şəkildə rədd edir.

Musavat.com xəbər verir ki, bu, X şirkətinin Fransadakı ofisində aparılan axtarışlarla bağlı açıqlamasında yer alıb:

“Bugünkü basqının (3 fevral – red.) əsasını təşkil edən ittihamlar əsassızdır və X hər hansı bir qanun pozuntusunu qəti şəkildə rədd edir. Bugünkü səhnələşdirilmiş basqın bu istintaqın Fransa qanunlarını təhrif etdiyinə, məhkəmə proseslərindən yayındığına və söz azadlığını təhdid etdiyinə dair inamımızı daha da gücləndirir. X öz fundamental hüquqlarını, eləcə də istifadəçilərinin hüquqlarını qorumağa sadiqdir. Bu gün Fransa hakimiyyəti tərəfindən görülən tədbirlər bizi qorxutmayacaq”.

Virtual platformanın sahibi İlon Maskın sözlərinə görə isə X-in Paris ofisinə edilən basqın siyasi hücumdur: “Bu, siyasi hücumdur”.

Qeyd edək ki, dünən Paris prokurorluğu Avropol və Fransa Jandarmeriyasının kibercinayətkarlıq bölməsi ilə birlikdə X-in Fransadakı ofislərində axtarış aparıb. AFP-nin məlumatına görə, bu, 2025-ci ilin yanvar ayında sosial şəbəkənin alqoritmləri ilə bağlı şikayətlərdən sonra başlanan istintaqla bağlıdır. Bu, həmçinin Holokostun inkarı və süni şəkildə yaradılan cinsi şəkillərlə bağlı materiallar dərc etdiyinə görə daxili çatbot Grok ilə bağlı şikayətlərə də aiddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR