İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei öldürüldüsə nə baş verəcək?

İsrailin hücum etdikləri hədəflər arasında İran rəhbəri Əli Xameneinin ofisi də var. Bu barədə “AP” məlumat yayıb. 

Musavat.com xatırladır ki, hələ bir neçə gün əvvəl “Nyu-York Tayms” qəzeti İranın ali lideri Əli Xameneinin ABŞ-ın hərbi hücumu və daxili etirazlar təhlükəsi fonunda əsas hakimiyyət rıçaqlarını Laricaniyə təhvil verdiyini bildirib.

Qəzetin məqaləsində qeyd olunurdu ki, Laricani “İslam Respublikasının təhlükəsizlik və siyasi işlərində əsas ağır çəkili şəxslərdən biridir və onun rolunun gücləndirilməsi ali rəhbərliyə qarşı mümkün hücumlar və təhdidlər qarşısında rejimin sabitliyini təmin etməyə yönəlib”. Əgər doğrudan da, İsrail tərəfindən vurulan hədəflər arasında Əli Xamenei ofisinə bağlı obyektlər varsa, bu, sadəcə taktiki zərbə yox, simvolik və psixoloji təzyiq addımı kimi qiymətləndirilə bilər. Belə hədəflər adətən qarşı tərəfin komanda-idarəetmə sistemini sarsıtmaq məqsədi daşıyır.

Xameneinin səlahiyyətlərinin bir hissəsini Əli Laricaniyə ötürməsi iddiası isə başqa bir ehtimala işarə edir: Tehran mümkün hərbi zərbə və ya daxili sabitsizlik ssenarilərinə qarşı “varislik və idarəetmə davamlılığı planı” qurub. Laricaninin təhlükəsizlik və xarici əlaqələr sahəsində rolunun artması həm də o deməkdir ki, İran rəhbərliyi qərarverməni daha dar çevrədə cəmləşdirir. Bu isə böhran vəziyyətlərində sürətli reaksiya üstünlüyü versə də, eyni zamanda siyasi sistemin daha hərbiləşmiş idarəetmə modelinə keçdiyini göstərə bilər.

İran siyasi quruluşunda ali rəhbər faktiki olaraq ölkənin ən yüksək qərarverici şəxsidir — ordu, təhlükəsizlik strukturları, xarici siyasət və nüvə proqramı üzərində son söz ona məxsusdur. Bu səbəbdən onun ofisi və ya qərargah strukturları simvolik və strateji “komanda mərkəzi” sayılır.

İsrail uzun illərdir İran rəhbərliyini öz milli təhlükəsizliyi üçün əsas təhdid hesab edir. İsrail rəsmi olaraq İranın nüvə proqramını və regiondakı müttəfiq silahlı qruplara verdiyi dəstəyi əsas təhlükə kimi göstərir. Bu kontekstdə ali rəhbərin strukturları “strateji qərar mənbəyi” kimi hədəf kateqoriyasına daxil edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR