Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Ali Məhkəməsi “Rodina” partiyasının iddiası əsasında “Yabloko” partiyasının Dövlət Dumasına seçkilərdə iştirakını qadağan edib.
Məhkəmə qərarına əsas kimi partiyanın xaricdən, o cümlədən ABŞ və Almaniyadan maliyyələşdirilməsi göstərilib. "Yabloko" partiyasının sədri Nikolay Rıbakov Ali Məhkəmənin çıxardığı qərardan apellyasiya şikayəti verəcəklərini bəyan edib: "Bizim beş gün vaxtımız var və 'Yabloko'nun seçki bülletenində yer alması üçün mümkün olan hər şeyi edəcəyik".
"Rodina" partiyası və rəhbəri məhkəməyə verilir
Bundan əlavə, "Yabloko" partiyası işgüzar nüfuzun müdafiəsi tələbi ilə "Rodina" partiyasına və onun lideri Aleksey Juravlyova qarşı iddia qaldırmağı planlaşdırır.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ