Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, hüquq-mühafizə orqanları barəsində cinayət işi açılan baş nazirin sabiq birinci müavini Abbas Abbasov üçün də qiyabi həbs qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Abbas Abbasov Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər – ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Bildirilib ki, o, Azərbaycan Respublikası ərazisindən kənarda olduğu və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.
Məsələ ölkə ictimaiyyətində mühüm hüquqi və siyasi suallar doğurur: Rusiyada olduğu bildirilən Abbas Abbasov Azərbaycana ekstradisiya edilə bilərmi və onu hansı cəza gözləyir?
Bu arada, Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsinə hazırlıq gedir.
Bu barədə Musavat.com-un əldə etdiyi xəbərdə deyilir ki, Dövlət Təhlükəsizlik Xidmətinin 12 fevralda yaydığı istintaq məlumatında Mehdiyevin cinayətinin sübuta yetirilməsi hakim partiyanın onun barəsində qəti addım atmasını şərtləndirir.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Arzuxan Əlizadə ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ