İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın gözü bu səfərdə: Putinin İturupa gözlənilməz gəlişi Yaponiyanı qəzəbləndirdi

Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsindən sonra iki ölkə arasında əsas münaqişə mövzusu olan Cənubi Kuril adalarına tarixi səfər edib.

Musavat.com xəbər verir ki, Rusiya dövlət başçısı 1945-ci ildə SSRİ-nin nəzarətinə keçən və hazırda Saxalin vilayətinin tərkibinə daxil olan İturup adasına gəlib. Sakit Okean Donanmasının təlimlərində iştirak etmək üçün bölgəyə gedən Putin adada yerləşən "Yasnı" balıqemalı müəssisəsini də ziyarət edib.

Bu səfər Yaponiya tərəfindən kəskin reaksiyayla qarşılanıb və ölkənin Xarici İşlər Nazirliyi Rusiyaya rəsmi protest nota göndərib. Yaponiya Cənubi Kuril adalarının (Tokionun adlandırdığı kimi "Şimal əraziləri") həm tarixi, həm də beynəlxalq hüquq baxımından ölkənin ayrılmaz hissəsi olduğunu bildirərək səfərə sert etirazını ifadə edib.

Qeyd edək ki, məhz bu adalar üzərindəki ərazi mübahisəsi səbəbindən İkinci Dünya müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında indiyədək sülh müqaviləsi imzalanmayıb.

Musavat.com

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR